Service Details

IT İdarəetmə

İnormasiya Texnologiyaları durmadan inkişaf edir, buna görə də təcrübəli texnoloji tərəfdaşla qüvvələri birləşdirmək lazımdır. İT mühitinizi Digital Life-dan olan mühəndis və analitiklərə etibar etməklə siz yüksək sistem performansının və mövcudluğun təminatını əldə etmiş olursunuz. Biz bütün lazımi texniki və biznes yardımını təmin etmək üçün müştərilərimizin ehtiyacları nəzərə alınmaqla hazırlanmış geniş çeşidli İT xidmətləri təqdim edirik.

  • İnfrastruktur/Şəbəkə Qiymətləndirilməsi
  • Canlı Monitorinq / Xəbərdarlıq
  • Güncəlləmənin idarə olunması
  • Profilaktik texniki qulluq

İT menecerlər İT sistemlərinin daim mövcud olmasını və etibarlı işləməsini təmin etmək üçün onlara nəzarət edir və idarə edir. İT menecmentinin öhdəlikləri və vəzifələrinə aşağıdakılar daxildir:

  • - İT sistemləri üçün biznes tələblərinin müəyyənləşdirilməsi
  • - İT büdcə və xərclərin idarə edilməsi
  • - Təhlükəsizliyin və uyğunluğun monitorinqi
  • - Sistem və şəbəkə təhlükəsizliyinin idarə edilməsi
  • - Yeni proqram təminatı, aparat və məlumat sistemlərinin tətbiqi
  • - Texniki dəstəyin təmin edilməsi