Service Details

Bulud xidmətləri

Bulud həlləri, internet vasitəsilə serverlərə, verilənlər bazalarına və digər IT xidmətlərinə icazəni təmin edir. Bu texnologiya bir çox vəzifələri istənilən vaxt və istənilən nöqtədən yerinə yetirməyə imkan verir. Son illər ərzində, bu üstünlükləri nəzərə alıb, şirkətlər, kütləvi şəkildə bulud texnologiyalarına keçməyə başladı. Bugün bulud informasiya texnoloqiyaların əsas istifadə üsullarından birinə çevrilib.

  • Server və Avadanlıqların Virtualizasiyası
  • Bulud ehtiyyatlama xidmətləri
  • Office 365 xidmətləri
  • Ehtiyyat və qəza hallarında bərpa

Bulud texnologiyaların istifadəsi kifayət qədər asandır. Bu texnologiya güc istehlakını onlarla, hətta yüzlərlə dəfə artırmağa imkan verir. Daha əvvəl də qeyd olunduğu kimi, bulud xidmətləri xərcləri azaldır və şirkətin fəaliyyətinin effektivliyini artırır. Virtualizasiya texnologiyaları sayəsində resursları ehtiyaclarınıza uyğun dəyişdirmək, tətbiqetmələri quraşdırmaq və hər hansı bir yerdən bulud xidmətlərinə daxil olmaq mümkündür. Bu texnologiya sayəsində şirkətinizin işçiləri vəzifələrini həm ofisdə, həm də ofis xaricində yerinə yetirə bilərlər, çünki bütün məlumatlar bir bulud sistemində saxlanılır və lazım olan tək şey internetə çıxışdır.